Bayram namazı mart ayının 30-da qılınacaq.
Elchi.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
O qeyd edib ki, adət üzrə namaz hər il eyni vaxtlarda olur.
“Bayram namazı məscidlərdə 08:00 və 09:00-da qılına bilər. Fərqi yoxdur. Qafqaz Müsəlmanları İdarəsi əmr yox, tövsiyə verir”, – deyə F.Nurullayev qeyd edib.