image-49backend

Çin Avropa İttifaqı ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb 

Çin Xalq Respublikası (ÇXR) Avropa İttifaqı (Aİ) ilə dialoqun və əməkdaşlığın gücləndirilməsində maraqlıdır.

Elchi.az “China News”a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq bildirib.

Onun sözlərinə görə, Pekin Brüssellə bütün səviyyələrdə və bütün sahələrdə məsələləri müzakirə etməyə hazırdır. Həmçinin, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ölkə hakimiyyətinin Aİ ilə münasibətlərə həmişə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Mao Nin onu da əlavə edib ki, Avropa İttifaqı ilə əməkdaşlıq Çin sədri Si Tszinpinin Brüsseldə Çin və Aİ arasında diplomatik əlaqələrin 50 illiyinə həsr olunmuş sammitdə iştirakdan imtina etməsindən asılı deyil.

Xarici İşlər Nazirliyinin nümayəndəsi həmçinin qeyd edib ki, Çin Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin möhkəmlənməsinə və yüksək səviyyədə fikir mübadiləsinə kömək edəcək bir sıra tədbirlərin təşkili üçün birgə işləməyə hazırdır.

Bir gün əvvəl məlum olmuşdu ki, Çin sədri Si Tszinpin sammitdə iştirak etmək üçün Brüsselə getməyəcək. Əvəzində tədbirdə Dövlət Şurasının Baş naziri Li Qiang iştirak edəcək.

“The Financial Times” (FT) yazıb ki, bu cür görüşlər üçün yerlər alternativ olur. Baş nazirin adətən Brüsseldə olduğu və Pekində keçirilən müvafiq sammitlərdə dövlətin birinci şəxsinin iştirak etdiyi dəqiqləşdirilib. Eyni zamanda, nəşrin həmsöhbətləri qeyd ediblər ki, Avropa İttifaqı yubiley ilində Si Cinpinin şəxsi iştirakını gözləyirdi.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki