image-ee936110-6412-3d09-995b-8f73b226764a_850backend

Vuçiç: Serbiyada Maydan metodları işə yaramayacaq

Serbiyada 2014-cü ildə Kiyevdəki Maydan metodları keçməyəcək.

Elchi.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiçin videomüraciətində deyilir.

O, müxalifəti 15 mart etirazları zamanı hakimiyyətin guya akustik silah tətbiq etməsi barədə dezinformasiya yaymaqda ittiham edib.

“Hər şey uğursuz başa çatanda, yalan danışmaq lazım gəlir və onlar akustik silahla bağlı bir hekayə uydurdular. Onlar bu silahı taparaq sosial şəbəkələrdə guya “Kobra”nın (hərbi polis bölməsi, prezidentin mühafizəsi) hərbçilərinin əlində olan şəkillərini göstəriblər. Amma bu, səs silahı deyil, adi antidron topudur, çünki Serbiya ordusunda və “Kobra”larda ümumiyyətlə səs silahı yoxdur”, – prezident vurğulayıb.

Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, Belqradda gecə etirazlarında 31 minə yaxın insan iştirak edib. İğtişaşlar baş verib.

Bildirək  ki, etirazlara ilkin səbəb Novi Sad şəhərindəki dəmiryol stansiyasında baş verən faciə olub, burada ötən ilin noyabr ayının əvvəlində dam örtüyünün bir hissəsinin uçması nəticəsində 15 nəfər həlak olub.

Etirazın keçirilməsinə ötən il noyabrın əvvəlində damın bir hissəsinin uçması nəticəsində 15 nəfərin öldüyü Novi Sad dəmir yolu vağzalında baş vermiş faciə səbəb olub.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki