Avstraliyanın baş naziri Entoni Albanese Ukraynaya sülhməramlı qüvvələr göndərməyə hazır olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, baş nazir bir daha Kiyevə möhkəm və sarsılmaz dəstəyi ifadə etməkdən danışıb.
O, qeyd edib ki, Avstraliya Ukraynada gələcək sülhməramlı səylərdə iştirak etmək üçün istənilən müraciətə baxmağa hazırdır.
Albanese vurğulayıb ki, sülhməramlı qüvvələrin göndərilməsi Avstraliyanın milli maraqlarına uyğundur, çünki Avro-Atlantik ölkələrində baş verənlərin Hind-Sakit okean regionu üçün ciddi nəticələri var.
Hökumət başçısı xatırladıb ki, Kanberra artıq Kiyevə yardım və Ukrayna ordusuna təlim keçmək üçün 1,5 milyard Avstraliya dolları (950 milyon dollar) göndərib. Albanese qeyd edib ki, Avstraliya öz imkanlarına və müqayisəli üstünlüklərinə əsaslanaraq, lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcək.
Yeganə