image-5df2c745-1adb-3095-b947-814586aad9fc_850backend

Azərbaycan ərazisindən tranzit kimi istifadə edən milli TIR-ların sayı açıqlanıb

2024-cü ildə 41 mindən çox milli TIR Azərbaycan ərazisindən tranzit kimi istifadə edib.

Elchi.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yükdaşıma departamentinin rəhbəri Sübhan Abilov Bakıda keçirilən “Azərbaycan – transkontinental meqa marşrutların “Şərq-Qərb” və “Şimal-Cənub” kəsişmə nöqtəsində” mövzusunda keçirilən tədbirdə bildirib.

“Ən önəmli məqamlardan biri Azərbaycan ərazisindən milli daşıyıcıların tranzit keçməsidir. Çünki digər ölkələrin ərazisindən keçərkən müxtəlif rüsum və yol vergiləri ödənilir və bu, daşıcıların beynəlxalq yükdaşmalarında rəqabətliliyə birbaşa təsir edir. Amma milli daşıyıcılarımız ölkəmizin ərazisindən, əsas daşıma bazarları və istiqamətləri olan İran, Rusiya, Türkiyə və Orta Asiya istiqamətinə hərəkət etdikdə, demək olar ki, böyük əksəriyyət hallarda Azərbaycan ərazisindən tranzit gedirlər. Bu, onların vaxtlarına qənaət etməklə yanaşı, eyni zamanda əlavə tranzit xərclərindən azad olmasına birbaşa təsir edir. 2021-ci ildə 9 600 milli TIR ölkə ərazisindən tranzit keçib. 2024-cü ildə bu rəqəm 41 038 olub”, – o vurğulayıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki