image-yemen-2342382_1backend

ABŞ-ın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 53 nəfər ölüb

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-ın paytaxt Sənaya endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayının 53-ə yüksəldiyini, 98 nəfərin yaralandığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Husi Səhiyyə Nazirliyi adlandırılan qurumdan verilən açıqlamaya görə, hücumlarda 5-i uşaq olmaqla 53 nəfər həlak olub, 9-u qadın və uşaq olmaqla 98 nəfər yaralanıb.
Bəyanatda ABŞ-ın hücumu və paytaxt Səna və bir sıra vilayətlərdə mülki hədəflərə endirilməsi pislənərək, hücumlar “ABŞ-ın cinayət rekordunu artıran tam hüquqlu hərbi cinayətlər” kimi qiymətləndirilir.
Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini və ya İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqladılar.
Husilərin lideri Huti martın 11-də verdiyi açıqlamada “Yardımların Qəzzaya daxil olması üçün Təl-Əvivə verilən müddət bitdikdən sonra İsrail gəmilərinin Qırmızı dəniz, Oman dənizi, Bab əl-Məndəb boğazı və Ədən körfəzində təyin olunmuş ərazilərdən keçməsinə qoyulan qadağa yenidən bərpa edilib” deyib.
ABŞ prezidenti Donald Tramp martın 15-də Truth Social platforması hesabında verdiyi açıqlamada orduya Yəməndə husilərə qarşı “kütləvi hücum” əmri verdiyini açıqlayıb.
İranın dəstəklədiyi husilər bazar günü ABŞ və İngiltərənin paytaxt Səna və ölkənin şimalındakı Səada şəhərinə endirdiyi hava hücumlarında əksəriyyəti qadın və uşaq olmaqla 31 nəfərin öldüyünü, 101 nəfərin yaralandığını açıqlayıb.
Husi lideri Əbdülməlik əl-Husi verdiyi açıqlamada ABŞ-ın (Yəmənə) yeni hücumunun onların hərbi qüdrətinin daha da inkişafına töhfə verəcəyini bildirib və gərginliyin artmasına eyni şəkildə cavab verəcəklərini qeyd edib.
Husi, ABŞ təyyarələri və döyüş gəmilərinin husilərin hədəfi olacağını və hücumlarını davam etdirdikləri müddətcə dənizdə naviqasiyanın əngəllənməsinin Vaşinqtonu da əhatə edəcəyini bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki