image-papa-franciscus-2342558_1backend

Vatikan Papa Fransiskin xəstəxanada olan fotosunu paylaşıb

Vatikan, katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı Papa Fransisin bir aydan artıqdır ki, tənəffüs problemlərindən xəstəxanada müalicə olunaraq dua edərkən tək fotosunu paylaşıb.
Elchi.az xəbər verir ki, Vatikan fevral ayında keçirdiyi ağır bronxit səbəbiylə bir aydan çoxdur Roma Gemelli Xəstəxanasında müalicə alan və orada ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papanın vəziyyəti ilə bağlı foto və bəzi məlumatlar paylaşıb.
Vatikan Mətbuat Ofisi tərəfindən paylaşılan fotoda Papa Fransisk xəstəxananın 10-cu mərtəbəsindəki otağının yaxınlığındakı kilsədə bazar günü üçün dua edərkən görünür.
Sözügedən şəkil fevralın 14-dən xəstəxanada olan Papanın paylaşılan ilk fotosudur.
Vatikan Mətbuat İdarəsi də Papanın vəziyyətinin stabil olduğunu, fiziki müalicə və tənəffüs fizioterapiyasının davam etdiyini bildirən məlumat paylaşıb.
Bildirilib ki, Papa günü namaz qılmaqla, dincəlmək və bəzi işlər görməklə keçirib.
Katoliklərin ruhani liderindən bu günə qədər heç bir görüntünün paylaşılmaması sosial mediada bəzi fərziyyələrə səbəb olub.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki