Misirin Turizm və Qədim Əsərlər Nazirliyi 3500 ildən çox keçmişə aid kral məzarının tapıldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada, Pensilvaniya Universitetindən bir arxeoloji qrupun cənubdakı Abydosdakı Cebel Anubis nekropolunda İkinci Ara Dövrə aid kral məzarı aşkar etdiyi bildirilib.
Bildirilib ki, Qədim Əsərlər Ali Şurasına bağlı digər arxeoloji qrup cənubdakı Bənəvit kəndində Roma dövrünə aid saxsı emalatxanası aşkar edib.
“Abidosda kral məzarının tapılması Cebel Anubis nekropolunda kral məzarlarının inkişafı ilə bağlı yeni elmi dəlillər təqdim edir. Bu qəbirlər eramızdan əvvəl 1700-1600-cü illərə aiddir”, – məlumatda deyilir.
Bənəvitdəki dulusçuluq emalatxanası ilə bağlı bildirilib ki, “Bu emalatxana qədim zamanlarda Doqquzuncu bölgəni dulusçuluq və şüşə ilə təmin edən ən böyük istehsal mərkəzlərindən biri olub”.
Nazirlik, “Bu iki kəşfin elanı təkcə Misirin turizm müxtəlifliyini tanıtmayacaq və qədim Misir sivilizasiyasını dünyaya daha yaxşı izah edəcək, həm də tədqiqatçılara öz işlərində böyük töhfə verəcək” dedi.
Şayəstə Hüseynova