İsrail polisi fələstinli jurnalist Lətifə Əbdüllətifi saxlayıb.
Elchi.az xəbər verir ki, Fələstin Media Mərkəzinin məlumatına görə, fələstinli qadın jurnalist Əbdüllətif Qüdsün Köhnə Şəhərində Dəməşq Qapısında İsrail polisi tərəfindən saxlanılıb.
Bildirilib ki, Əbdüllətif sabah hakim qarşısına çıxarılacaq.
Təhlükəsizlik mənbəsindən alınan məlumata görə, İsrail administrasiyası Lətifə Əbdüllətifi “zorakılığa çağırış” maddəsi ilə ittiham edib.
Şayəstə Hüseynova