image-5ff4eeaf-5ec1-3258-87cc-82a20de071a9_850backend

Panamada güclü yağışlar nəticəsində 5 nəfər ölüb

Panamada son tropik qasırğanın səbəb olduğu güclü yağışlar nəticəsində ikisi azyaşlı olmaqla, azı 5 nəfər həlak olub.

Elchi.az-ın  məlumatına görə, bu barədə “Sinxua” agentliyi yerli KİV-ə istinadən məlumat yayıb.

Milli Mülki Müdafiə Sisteminin məlumatına görə, beş qurbandan dördü suda boğulub, biri torpaq sürüşməsi nəticəsində ölüb.

Panama Təhsil Nazirliyi bütün ölkədə dərsləri ləğv edib.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki