Amerikanın seçilmiş lideri Donald Trampın Panama kanalının ABŞ-a verilməsi ilə bağlı sözləri kobud məlumatsızlığın təzahürüdür.
Elchi.az CNN-ə istinadən xəbər verir ki, bunu Panama prezidenti Xose Raul Mulino deyib.
“Trampın açıqlamaları onun kobud tarixi məlumatsızlığının təzahürüdür. “Dekabrın 31-də Panama kanalının rəsmi olaraq panamalıların əlinə keçməsinin 25 ili tamam olacaq”, – deyə siyasətçi qeyd edib.
Dekabrın 22-də Tramp Panama kanalının yenidən ABŞ-ın mülkiyyətinə keçə biləcəyini açıqlayıb. O, bildirib ki, Panamanın kanal haqları “sadəcə gülüncdür” – onun fikrincə, Vaşinqtonun bu tam “sökülməsi” dərhal dayandırılmalıdır. Respublikaçı həm də Panama kanalının və ABŞ bayrağının fotoşəkili ilə yazı dərc edib. Tramp fotoya “ABŞ-a xoş gəlmisiniz, Kanal” yazıb.
Yeganə