backend

“Onların iki yolu var: Ya çıxıb gedəcəklər, ya da məhv ediləcəklər!“

“Azərbaycanın ərazisində Rusiyanın Cənubi Osetiyadakı kimi bir addım atması mümkün deyil”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.

O, separatçıların “xarici işlər naziri” David Babayanın Cənubi Osetiyada Rusiyaya birləşmək üçün keçiriləcək olan referendumdan əvvəl buraya səfər etməsi, habelə bir sıra müxalif və separatçı erməni mediasında qondarma “Artsax”ın da Rusiyaya birləşdirilməsi yönündə addımların atılacağı ilə yazılan yazılara münaisbət bildirib.

Müsahibimizin sözlərinə görə, Azərbaycan dövləti ilə Rusiya dövləti arasında bu il fevralın 22-də imzalanan müttəfiqlik haqqındakı sənəddə qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünə hörmət və s. – bu maddələrin hamısı öz əksini tapıb:

“1991-ci ilin sentyabr ayından həmin bu cinayətkarların Azərbaycan ərazisində yaratdıqları qondarma “Artsax dövləti”nin ömrünə isə çox az bir müddət qalıb. Hələ ki onlar postmüharibə dövründə Rusiya hərbi kontingentinin himayəsi altında fəaliyyətlərini davam etdirirlər. Ancaq indi gedən danışıqlar prosesi var. Həm Moskva, həm də Brüssel görüşlərində nədən danışıldı? Ərazi bütövlüyü məsələsi, sərhədlərin müəyyənləşdirilməsi və sülh sazişi. Bunların hamısını o vaxt tam təmin etmək mümkün olacaq ki, Azərbaycan ərazisində bu gün mövcud olan Emrənistan silahlı qüvvələrinə aid silahlı birləşmələr Azərbaycan ərazisindən təmizlənsin. Bu da iki yolla olacaq: Ya bütövlükdə məhv ediləcək, ya da çıxıb gedəcəklər. Azərbaycan əraizisində hər hansı bir dövlətin işğalçı hərbi birləşmələri mövcud olmamalıdır”.

Millət vəkili əmindir ki, Azərbaycan ərazisində 30 ildən artıq kök salmış separatçı-cinayətkar qurum məhv edilməlidir:

“Orada kimlər varsa, Azərbaycan qanunları qarşısında cavab verməlidirlər. Burada da iki variant nəzərdə tutulmalıdır: Ya bunlar Azərbaycan ərazisindən çıxıb getməlidirlər, ya da bunlar Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Bir söz var: “Suda batan saman çöpündən də yapışır”. Bu müddət ərzində biz dəfələrlə bunun şahidi olmuşuq ki, bunlar Cənubi Osetiya, Abxaziya, Donbass, Denstryanı və s. separatçı qurumlara səfərlər ediblər. Guya bunlar “həmrəylik” yaradırlar, “bərabərlik” göstərirlər və s. Ancaq bu, cinayətkarlığın həmrəylidir və onun bir-biri ilə olan əlaqəsidir.

Mənə elə gəlir ki, bu cinayətkarların kökünü tamamilə kəsmək lazımdır və Azərbaycan bu barədə hərəkətə keçməlidir”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki