Ermənistanda qalmaqal səngimir. Alp.az xəbər verir ki, müxalifət baş nazir Nikol Paşinyanı xəyanətdə günühlandırsada baş iqtidarda olan partiya, müxalifəti ittiham edib.
“Mənim şərəfim var” fraksiyasından olan deputat Anna Mkrtçyan dünən Ermənistan parlamentində 9 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndindən sitat gətirib.
“Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat rabitəsinə nəzarət Rusiya FSB-nin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir. İndi sual yaranır: bir neçə kilometr uzunluğunda dəhliz deyilsə, bu nədir?” – deyə deputat bildirib.
Baş nazir Nikol Paşinyan bəyan edib ki, sualı verən deputatın təmsil olunduğu siyasi qüvvə bir məsələ ilə bağlı müəyyənləşməlidir: o, mətni özü şərh edir və ya göstəriş verildiyi kimi, özününkü kimi təqdim edərək başqasının şərhini təqdim edir.
“İlk növbədə Ermənistan bütün yolların açılmasında maraqlıdır. Bəli, biz hazır və maraqlıyıq ki, Azərbaycanın qərb rayonları Naxçıvan Respublikası ilə dəmir yolu və avtomobil əlaqəsi olsun, Ermənistan isə Azərbaycan ərazisindən keçməklə, bu kontekstdə regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarını açsın.”, – baş nazir bildirib.
Baş nazirin sözlərinə görə, onların təklif etdikləri Ermənistanın maraqlarına tam cavab verir.