Rutte NATO-nun Brüsseldəki mənzil-qərargahında ABŞ -ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəGörüşlə bağlı sosial media hesabında paylaşım edən Rutte, Kelloqun bu gün NATO müttəfiqləri ilə Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün birgə işləmək mövzusunda məsləhətləşdiyini söylədi.
Elchi.az xəbər verir ki, Rutte NATO-nun Brüsseldəki mənzil-qərargahında ABŞ -ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşüb.
“Bizim görəcəyimiz çox iş var. Müharibəyə son qoymaq və hamımız üçün davamlı təhlükəsizliyə nail olmaq üçün yaxından əməkdaşlıq edəcəyik”, – Rutte bildirib.
Kelloqun AB Komissiyasının sədri Ursula fon der Leyen ilə planlaşdırılan görüşü fon der Leyenin Parisdə Ukrayna ilə bağlı fövqəladə sammitdə iştirakı səbəbindən ləğv edilib.
Xüsusi nümayəndə Kelloqun “Aİ Ukraynadakı sülh danışıqlarından kənarda qalacaq və Brüsselə səfəri zamanı yalnız Aİ tərəfinin rəyini öyrənəcək” bəyanatı Avropa liderlərini narahat edirdi.
Fransa prezidenti Emmanuel Makron daha sonra Aİ, NATO və Böyük Britaniyanı Parisdə bir araya gətirməyə çağırıb.
Nuranə Məmmədova