Türkiyənin Milli Müdafiə Nazirliyi komandosların şəhidləri almaq üçün İsparta bölgəsinin girdir rayonunda yerləşən Davraz dağına kütləvi yürüşünün görüntülərini paylayşıb. Videoda əsgərlərin 2 637 metr yüksəkliyə malik dağın zirvəsinə Azərbaycan, Türkiyə və Somali bayraqlarını açdığı da görünür. Belə ki, 3 minə yaxın hərbçinin iştirak etdiyi yürüşdə Azərbaycan və Somalidən olan, İsparta bölgəsində komando kursunda təhsil alan hərbçilər də iştirak edib.
“Şəhidlərimizi minnətdarlıq, rəhmət və hörmətlə yad edirik”, – Müdafiə Nazirliyi bildirir.