image-1666337257_photo_2022-10-21_11-11-26backend

 “Köçkünlərimizin yurd həsrətinə son qoyulacaq gün uzaqda deyil” – SPİKER

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Zəngilan Hava Limanının açıılış mərasimində birgə iştirakını xalqımız böyük qürurla izlədi”.

Alp.az xəbər verir ki, bu fikirləri parlamentin spikeri Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.

“Bu iki qardaş ölkənin dünyaya mesajı idi. Türkiyə 44 günlük müharibədə Azərbaycana necə dəstək göstərmişdisə, bu gün də quruculuq işlərində və digər məsələlərdə Azərbaycanın yanındadır. Qardaşlığmız bizim güc mənbəyimizdir”, – deyə spiker əlavə edib.

S.Qafarova vurğulayıb ki, məcburi köçkünlərimizin yurd həsrətinə son qoyulacağı gün uzaqda deyil.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki