Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas, Rusiya-Ukrayna sülh danışıqlarında onların da iştirak etməli olduqlarını bildirərək, “Arxamızdan bir razılaşma əldə olunarsa, bu, qətiliklə nəticə verməyəcək” – deyib.
Elchi.az xəbər verir ki, Kallas Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısı öncəsi mətbuata açıqlamalar verib.
Heqsetin Ukraynaya NATO üzvlüyü əvəzinə təhlükəsizlik zəmanətləri verilməli olduğu ilə bağlı açıqlamalarına cavab olaraq Kallas, “NATO üzvlüyü mövcud olan ən güclü və eyni zamanda ən ucuz təhlükəsizlik zəmanətidir. Əgər NATO üzvlüyünün əvəzinə başqa təhlükəsizlik zəmanətlərinin olacağını desək, o zaman hər kəsin bu suala cavab verməsi lazımdır ki, bu təhlükəsizlik zəmanətləri əslində nədir?” – deyib.
Kallas Ukrayna ilə Rusiya arasında sülh danışıqları başlamazdan əvvəl şərtlərin qoyulmaması lazım olduğunu söyləyərək, əlavə edib: “Bir daha deyirəm, danışıqlar başlamadan heç nəyi masadan götürməməliyik, çünki bu, Rusiyaya yaraşacaq və onlar da bunu istəyirlər. Niyə danışıqlar başlamazdan əvvəl onlara istədikləri hər şeyi veririk? Bu, sakitləşdirmədir və bu heç vaxt alınmadı” fikrini bölüşdü.
Prosesdə AB-nin də iştirak etməsi lazım olduğunu vurğulayan Kallas, “Demək istərdim ki, bizim arxamızdan bir razılaşma olsa, bu, qətiyyən işə yaramayacaq. Çünki hər hansı razılaşmanı həyata keçirmək üçün avropalılara ehtiyacınız var. Bu razılaşmanı həyata keçirmək üçün ukraynalılara ehtiyacınız var”- deyib.
Kallas Brüsselin Kiyevə dəstəyini davam etdirəcəyinə işarə edərək deyib: “Ukraynalılar müqavimət göstərəcək və biz də onlara dəstək verəcəyik”.
“Ukrayna və Aİ olmadan davamlı sülh olmayacaq”
Aİ Şurasının sədri Antonio Kosta X hesabında bunları paylaşıb: “Ukraynada sülh və Avropada təhlükəsizlik ayrılmazdır”- ifadəsini işlədib.
Kosta sülhün təkcə atəşkəslə deyil, həm də Rusiyanın Ukrayna və Avropa üçün “təhlükəsizliyə təhdid olmaqdan çıxması” ilə əldə edilə biləcəyini şərh edərək, əlavə edib: “Ukrayna və Aİ olmadan nə etibarlı və uğurlu danışıqlar, nə də davamlı sülh ola bilər”.
Tramp dünən Putinlə telefon danışığından sonra verdiyi açıqlamada Ukraynadakı müharibəni bitirmək üçün danışıqlara başlamaq barədə razılığa gəldiklərini bildirib.
Nuranə Məmmədova