İsrail ordusunun Livana qarşı davam edən hücumlarında dünən 30 nəfərin öldüyü, 103 nəfərin yaralandığı bildirilib.
Elchi.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun ölkəyə qarşı həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
İsrail ordusunun dünən Livanın bir çox bölgəsində həyata keçirdiyi hücumlarda 30 nəfərin öldüyü, 103 nəfərin yaralandığı qeyd edilib.
Açıqlamada, İsrailin 8 oktyabr 2023-cü ildən bəri Livana hücumlarında ölənlərin sayının 2 min 897, yaralı sayının isə 13 min 150-yə yüksəldiyi qeyd edilib.
Nuranə Məmmədova