image-6de9da33-8a74-3a8e-b073-86ac80bbbc5f_850backend

Alimlər rekord istiləşmə ilə okeanların “isti qurşağ”ını kəşf ediblər

Çin, ABŞ, Yeni Zelandiya və Almaniyadan olan beynəlxalq alimlər qrupu dünya okeanında temperaturun xüsusilə sürətlə artdığı iki zonanı müəyyən edib. Bu “isti qurşaqlar” hər iki yarımkürədə 40-cı paralellər boyunca yerləşir və artıq qlobal iqlimə təsir göstərir.

Elchi.az -ın xəbərinə görə  tədqiqat “Journal of Climate” (JCLI) elmi nəşrində dərc olunub.

Bildirilir  ki, ən çox intensiv istiləşmə cənub yarımkürəsində 40-45 dərəcə cənub enliyi arasında, xüsusən Yeni Zelandiya, Tasmaniya və Argentinanın şərqində, Atlantik suları bölgəsində müşahidə olunur.  Eyni zamanda şimal yarımkürəsində oxşar təsir təxminən 40 dərəcə şimal enliyində – ABŞ və Yaponiyanın şərqindəki sularda qeydə alınıb.

“İqlim məlumatlarında belə aydın məkan qanunauyğunluğunu tapmaq nadirdir”, – tədqiqatın aparıcı müəllifi, Kevin Trenbert bildirib.

Məlumat üçün bildirək ki, 2000-2023-cü illərdəki məlumatların təhlili göstərib ki, temperatur anomaliyaları 2000 metr dərinliyə qədər ola bilər.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki