image-thumbs_b_c_4e59a5f4c59acdde6793b7ef26a13d67backend

İsraildən Qəzzaya hücumlar: 31 fələstinli ölüb

İsrail ordusunun Qəzza zolağında köçkünlərin sığındığı Birləşmiş Millətlər Təşkilatının (BMT) məktəbinə və Rəfah şəhərinə təşkil etdiyi hücumlar nəticəsində 31 fələstinli həyatını itirib.
Elchi.az xəbər verir ki, Fələstin Mülki Müdafiə İdarəsinin Qəzzada verdiyi açıqlamaya görə , İsrail ordusunun BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) tərkibindəki “Kriyzm” məktəbini hədəf alması nəticəsində 7 nəfər həyatını itirib.
İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi iki ayrı hücumda 8 nəfər həlak olub.
Hər iki hücumda çoxlu sayda insan yaralanıb.
Şahidlər həmçinin bildiriblər ki, İsrail ordusunun su dolduran bir qrup fələstinlini hədəf alması nəticəsində əksəriyyəti uşaq olmaqla 6 nəfər ölüb.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail ordusu Qəzzanın şimalındakı Cibaliya bölgəsində UNRWA-ya məxsus sığınacaq mərkəzini də artilleriya atəşi ilə hədəfə alıb .
İsrailin hücumu nəticəsində didərgin düşənlərin sığındığı mərkəzdə 10 fələstinli həyatını itirib, 30-u isə yaralanıb.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda təxminən 17 mini uşaq, 11 min 378-i qadın olmaqla 42 min 603 fələstinli ölüb, 99 min 795 nəfər yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki