İspaniyanın baş naziri Pedro Sançes ABŞ prezidenti Donald Trampın Avropa İttifaqına (AB) qarşı gömrük rüsumlarını ümumilikdə 25 faiz artıracaqları ilə bağlı açıqlamalarına reaksiya verib.
Elchi.az xəbər verir ki, Baş nazir Sançez, İspaniyanın bir aviasiya şirkətinin Bask bölgəsindəki yeni mərkəzinin açılışında etdiyi çıxışda, ABŞ-ın tətbiq edəcəyi yeni gömrük vergilərinə hazır olduqlarını bildirib.
“Biz bu problemin öhdəsindən gəlmək üçün AB olaraq proporsional tədbirlər görəcəyik. Biz bunu təsirə məruz qalan bütün sektorlara xüsusi yardım göstərməklə edəcəyik”, – Sançes bildirib.
Nuranə Məmmədova