image-download-2025-03-04t205227-268backend

İraq: Biz paytaxtı Qüds olan Fələstin dövlətinin yaradılmasını dəstəkləyirik

İraq prezidenti Əbdüllətif Rəşid Fələstin xalqının paytaxtı Qüds olmaqla, beynəlxalq səviyyədə tanınmış Fələstin dövlətinin yaradılmasına dair ümidlərini dəstəklədiyini bildirib.
Elchi.az xəbər verir ki,  İraq prezidenti Əbdüllətif Rəşid Ərəb Liqasının Misirdə keçirilən Fövqəladə Sammitində çıxış edib.
“ Biz Fələstin xalqının paytaxtı Qüds olmaqla, beynəlxalq səviyyədə tanınan Fələstin dövlətinə dair ümidlərini dəstəkləyirik”. Rəşid bildirib ki, İraqın bu istiqamətdəki mövqeyi davam edir.
Fələstinlilərin yox edilməsinə və onların torpaqları üzərində hüquqlarından məhrum edilməsinə yönəlmiş layihələrin dağıdıcı təsirlərinə diqqət çəkən Rəşid bunun region ölkələrinin sabitlik və təhlükəsizliyini təhdid edəcək ciddi nəticələrinin olacağı ilə bağlı xəbərdarlıq edib.
İraq prezidenti beynəlxalq və İslam ictimaiyyətini fələstinlilərin öz torpaqlarından və ölkələrindən didərgin salınmasını nəzərdə tutan bütün layihələrə qarşı çıxmağa çağırıb.
Rəşid həmçinin Qəzza zolağının yenidən qurulması üçün təcili tədbirlər görülməsinə çağırıb və Qəzza zolağının yenidən qurulması üçün fondun yaradılmasını istəyib.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki