image-1734085812_49backend

İlon Maskın sərvəti 400 milyard dolları ötür

Tesla, SpaceX və X şirkətlərinin sahibi İlon Maskın sərvəti 400 milyard dolları keçib.

Elchi.az xəbər verir ki, Maskın sərvətindəki artım, SpaceX-in dəyərinin artması ilə Tesla səhmlərinin rekord səviyyəyə qalxmasından sonra baş verib.

“Forbes” jurnalının Real Time Milyarderlər Siyahısına görə, Maskın sərvəti 430,9 milyard dollar olaraq qeyd edildi. Beləliklə, dünyanın ən varlı adamı olan Mask ümumi sərvəti 400 milyard dollara çatan ilk şəxs olub.

Milyarderlər siyahısında Maskı 243,7 milyard dollar sərvətlə Amazon-un qurucusu Ceff Bezos və 220,9 milyard dollar sərvətlə Oracle-ın qurucusu Larri Ellison izləyir. ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın səhmləri dünən rekord həddə çatıb. Şirkətin səhmlərinin qiyməti 5,9 faiz artaraq 424,77 dollar olub.

Bu ilin əvvəlindən bəri yüzdə 70-dən çox dəyər qazanan Tesla səhmləri, Maskın dəstəklədiyi Respublikaçı namizəd Donald Trampın ABŞ-ın 47-ci prezidenti seçilməsindən sonra yüksəlməyə başlayıb. Trampın seçkilərdə qalib gəlməsindən sonra Tesla səhmləri 67 faizdən çox artıb.

ABŞ-ın yeni seçilmiş prezidenti Trampın Musk və sahibkar Vivek Ramaswamy-nin Hökumətin Səmərəliliyi Departamentini idarə edəcəyini açıqlaması da Tesla səhmlərinin istiqamətinə təsir etdi. Bundan əlavə, SpaceX-in dəyəri 1,25 milyard dollarlıq yeni səhm alqı müqaviləsi ilə 350 milyard dollara yüksəldi və şirkət dünyanın ən dəyərli özəl müəssisəsi oldu.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki