image-ilham_eliyevbackend

İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi… – Video

Avqustun 23-də Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.
Elchi.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçib. Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib.
Özbəkistan nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Prezident Şavkat Mirziyoyevə təqdim olunub.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki