image-14963848561991624354_1200x630backend

Hindistanda fil festival iştirakçılarına hücum edib, 17 nəfər yaralanıb

Hindistanın Kerala əyalətində hər il keçirilən dini festival qəzəbli filin ən azı 17 nəfəri yaralaması ilə faciəvi hal alıb.
Elchi.az bu barədə Indian “Express”ə istinadən xəbər verir.
Şahidlər Pakkathu Srikattan adlı filin kütləyə hücum çəkdiyini lentə alıb. İnternetdə yayılan görüntülərdə aqressiv filin bir insanı qaldıraraq havada yelləyərək, sonra da atması əks olunub. Xaos və panika başlayır, insanlar qaçır.
Media yaralılardan birinin vəziyyətinin ağır olduğunu və Kottakkalda özəl xəstəxanaya yerləşdirildiyini bildirib.
Qeyd olunur ki, sürücü yalnız bir neçə saatdan sonra heyvanı sakitləşdirə bilib.
Analoji hadisə ötən ilin martında da baş vermişdi. Tharakkal məbədi festivalının bağlanış mərasimi zamanı bir fil çaşıb. Heyvan sürücüyə üç dəfə hücum etmək istəsə də, o, qaça bilib.
Keçən il də Kerala ştatının Adimali şəhərində 70 yaşlı qadın vəhşi fil tərəfindən tapdalanaraq öldürülmüşdü.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki