image-caa88c29-25d3-3be5-96d8-287d388441f3_850backend

Hədələnən futbol hakimləri meydanı tərk edərək paltardəyişmə otağına qapanıblar

İspaniya çempionatının VIII divizionunda keçirilən oyun zamanı futbolçular və azarkeşlər tərəfindən hədələnən üç qadın hakim meydanı tərk edərək paltardəyişmə otağına qapanıblar.

Elchi.az xəbər verir ki, bu barədə “RMC Sport” agentliyi məlumat yayıb .

Hadisə “Futboltek” və “Teldekosta” komandaları arasında keçirilən oyunda baş verib.

Birincilərin (2:0) xeyrinə davam edən matçın 77-ci dəqiqəsində hakim “Teldekosta”nın futbolçusuna qırmızı vərəqə göstərib. Çox keçmədən meydanda əlbəyaxa dava düşüb və nəticədə hakimlər görüşü dayandırıb meydanı tərk ediblər.

Onlar bir müddət sonra geri qayıdıb qarşılaşmanı davam etdirməyə çalışsalar da, meydana qaçan futbolçuların və azarkeşlərin hədələri səbəbindən onlar yenidən paltardəyişmə otağına qayıdıblar. Daha sonra referilər polisə müraciət etmək məcburiyyətində qalıblar.

Onlar qorxduqları üçün qapının arxasına müxtəlif əşyalar qoyaraq, qapını bağlı saxlamağa çalışıblar, süpürgə ilə bağlamalı olublar. Polisin gəlişindən sonra “Teldekosta”nın futbolçuları və azarkeşlər stadionu tərk ediblər.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki