image-8backend

Gorus-Qafan yolundakı kimi Kərki və Əskiparada da Azərbaycan postu olacaq – Şahnazaryan

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan erməni mediasına müsahibə verib.

Alp.az xəbər verir ki, Şahnazaryanın səsləndirdiyi bəzi fikirlər Ermənistanda birmənalı qarşılanmayıb. O bildirib ki, Ermənistan üçün ikinci əsas təhlükə Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyasıdır. Şahnazaryan qeyd edib ki, proses uzun sürməyəcək və nəticədə Gorus-Qafan yolunda olduğu kimi Kərki və Əskipara kəndlərinin yaxınlığındakı ərazilərdə də Azərbaycanın sərhəd və gömrük-keçid məntəqələri yaranacaq.

Şahnazaryan kommunikasiyaların blokdan çıxarılmasını Ermənistan üçün üçüncü böyük təhlükə hesab etdiyini deyib:

“Görünür, onlar artıq bu barədə razılığa gəliblər. Söhbət Azərbaycanı Naxçıvanla birləşdirməli olan marşrutdan gedir. Ermənistanda bütün kommunikasiyaların açılmasından danışırlar” – deyə Şahnazaryan vurğulayıb.konkret.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki