image-8888backend

Erməni nəşrindən ŞOK İDDİA: Rusiya raketləri geri istəyir 

Rusiya Müdafiə Nazirliyi Ermənistana satdığı raketləri geri almaq üçün hərəkətə keçib. Alp.az xəbər verir ki, bu iddia ilə ermənilərin “Fakt” gündəlik  nəşri çıxış edib.

Nəşrin iddiasına görə 2027-ci ilə qədər Rusiya Müdafiə Nazirliyi 80 mm kalibrli S-8 raketləri ilə silahlanacaq, 98 yeni Mİ-28 helikopteri alacaq. Raketlər ötən əsrin 60-cı illərində hazırlanıb və yüksək effektivlik nümayiş etdirdiyi Əfqanıstanda geniş istifadə olunub. Həmin raketlər Sovet, sonra isə Rusiya silahlarını alan ölkələrə, o cümlədən Ermənistana satılırdı İndi Rusiya özü 1991-ci ildə istehsal olunan eyni raketləri almaq üçün 9,7 milyard rubl ayırıb. Söhbət vaxtilə öz ölkəsində istehsal olunan və başqa ölkələrə tədarük edilən eyni raketlərin qalıqlarından gedir.

” Ermənistanı silahla təmin edən şirkətin hazırkı rəhbəri David Qalstyan (Patron David) və keçmiş müdafiə naziri David Tonoyan keyfiyyətsiz raketlər almaqda ittiham olunurlar. Üstəlik, söhbət yuxarıda qeyd olunan raketlərdən gedir. İllər əvvəl David Qalstyan Ermənistan Müdafiə Nazirliyinin sifarişi ilə 4232 belə raket alıb.Bu raketlərin kefiyyətsiz olması, müharibə zamanı atışa yararsız olmasını baş nazir Nikol Paşinyan bəyan etmişdi. Bundan dərhal sonra keçmiş müdafiə naziri David Tonoyan və Ermənistanı silahla təmin edən şirkətin hazırkı rəhbəri David Qalstyana qarşı cinayət işi açılmışdı”- nəşr qeyd edib.

“Rusiya öz adamlarını qorumaq üçün bu silahları geri almağa başlayıb-nəşr yazır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki