image-0869bae6f81a894d005d8c3a19e9492dbackend

Ərdoğan Türkiyənin Krımla bağlı mövqeyini açıqlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın ərazi bütövlüyünü “şərtsiz dəstəklədiyini” və Rusiyanın Krımını tanımadığını bildirib.
Elchi.az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.
Ərdoğan Krıma həsr olunmuş Ukrayna sammitinə videomüraciət göndərib . O, müraciətində “Krım tatar türklərinin təhlükəsizliyinin və rifahının təmin edilməsini” Türkiyənin xarici siyasətinin prioritetlərindən biri adlandırıb.
Ərdoğan həmçinin bildirib ki, Ukraynanın Krımla bağlı tələbləri beynəlxalq hüquqa uyğundur. O əlavə edib ki, Türkiyə Ukrayna böhranının “Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə əsaslanan ədalətli və davamlı sülhlə” başa çatmasını səmimiyyətlə arzulayır.
Krım 2014-cü ilin martında referendumdan sonra Rusiyanın tərkibinə daxil olub. Ukrayna və Qərb ölkələri səsvermənin nəticələrini tanımayıb. Rusiya hakimiyyəti dəfələrlə referendumun beynəlxalq hüququn bütün normalarına uyğun olduğunu bəyan edib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki