İsrailin baş naziri Benyamin Netanyahu Qəzzaya yüz milyard dollarlıq ziyanı ödəməlidir.
Elchi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Bundan əvvəl o, hazırkı Qəzza zolağını “söküntü sahəsi” adlandıran Amerika lideri Donald Trampın bəyanatını tənqid edib və onun sakinlərinə daimi olaraq başqa ölkələrə, o cümlədən İordaniya və Misirə köçməyi təklif edib.
Türkiyə prezidenti vurğulayıb ki, fələstinlilər “İsrailin hər cür qəddarlığına” baxmayaraq, min illik vətənlərini tərk etməyiblər.
“Netanyahu öz torpaqlarından çıxara bilməyəcəyi qəzzalılar üçün yer axtarmaq əvəzinə, Qəzzaya vurduğu 100 milyard dollar ziyanı ödəmək üçün vəsait axtarmalıdır”, – Ərdoğan Malayziyada çıxışı zamanı deyib.
Ərdoğan həmçinin 13 illik döyüşlər zamanı Suriyaya dəyən zərəri 500 milyard dollar qiymətləndirib və ölkənin yenidən qurulması üçün ərəb və İslam ölkələrinin dəstəyinə ehtiyac olduğunu qeyd edib.
Yeganə