Cənubi Koreyada yağan güclü qar həyata mənfi təsir göstərib, ölkədə bir çox bərə xidmətləri və uçuşlar dayandırılıb.
Elchi.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreyaya yağan güclü qar ölkənin bəzi bölgələrində həyata mənfi təsir edib.
Daxili İşlər Nazirliyi Qanqvon əyalətində qarın hündürlüyünün 50 santimetrə çatacağını, Gyeonggi, Şimali Chungcheong və Şimali Gyeongsang əyalətlərində də güclü qar yağacağının proqnozlaşdırıldığını açıqlayıb.
Açıqlamada, əlverişsiz hava şəraiti səbəbindən 77 bərə səfərinin təxirə salındığı və paytaxt Seuldakı Gimpo Beynəlxalq Hava Limanında 2 uçuşun dayandırıldığı paylaşıldı.
Güclü qar nəticəsində insan tələfatının olmadığı, ölkə üzrə 12 milli parkın bağlı qalacağı bildirilib.
Nuranə Məmmədova