image-6715f9139e1c06715f9139e1c117294932676715f9139e1be6715f9139e1bfbackend

Bu il Azərbaycanda 270 min daşınmaz əmlaka çıxarış verilib

Bu ilin yanvar-sentyabr aylarında daşınmaz əmlak üzərində 269 702 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Bu barədə Elchi.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Bu göstəricinin 44 462-si (16,5%) ilkin, 225 240-ı isə (83,5%) isə təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində – 45 422, mənzil üzərində – 62 167, torpaq sahəsi – 152 594, qeyri-yaşayış binası – 2 534, qeyri-yaşayış sahəsi – 6 350, əmlak kompleksi – 597, çoxmərtəbəli yaşayış binası üzərində isə 38 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 71 843-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Doqquz ayda 203 056 texniki pasport tərtib edilib, 56 730 ipoteka müqaviləsi qeydiyyata alınıb.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki