G1: Braziliya BRICS-ə sədrliyi üçün beş prioritet qəbul edib.
Elchi.az xəbər verir ki, Braziliya prezidenti Luiz İnasiu Lula da Silvanın administrasiyası 2025-ci ildə ölkənin BRİKS-ə sədrliyi üçün beş əsas siyasət sahəsi müəyyən edib. Bu barədə G1 portalı yazır.
Jurnalistlərin fikrincə, siyahıya daxil edilən vəzifələrdən biri də dünyada süni intellektin (AI) tənzimlənməsi üzrə iş olub. Respublikanın hakimiyyət orqanları hesab edir ki, neyron şəbəkələrin idarə edilməsi məsuliyyətli və əhatəli olmalıdır.
BRİCS-ə sədrlik dövründə Braziliyanın siyasətinin digər prioritet istiqaməti təşkilata üzv ölkələr arasında ticarət və investisiyaların təşviqi olub. Məqalədə qeyd olunur ki, Lula da Silas administrasiyası müvafiq məsələlərin yeni ödəniş vasitələri hazırlamaqla həllini təklif edib.
Respublika rəhbərliyi də diqqəti iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş maliyyələşdirmə strukturunda mümkün dəyişikliklərin müzakirəsinə yönəltməyi zəruri hesab edib. Dördüncü prioritet kimi Braziliya Qlobal Cənub ölkələri arasında, ilk növbədə, səhiyyə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün BRİKS-i seçdi. Beşinci vəzifə, öz növbəsində, təşkilatın işinə yeni tərəfdaş dövlətlərin qoşulması nəzərə alınmaqla, təşkilatın institusional gücləndirilməsi idi.
Bu il yanvarın 1-dən Braziliya rəsmi olaraq BRİKS-ə sədrlik edən ölkə olub. Respublika bir təqvim ili ərzində müvafiq vəzifələri həyata keçirəcək.
Şayəstə Hüseynova