image-images-4backend

BMT-dən ürəkağrıdan açıqlama: İnsanlar sanki ölümü gözləyirlər

Birləşmiş Millətlər Təşkilatından verilən açıqlamada Qəzzada təhlükəsiz yer olmadığı və insanların sanki ölümü gözləyən kimi göründüyü bildirilib.
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) Qəzzadakı son vəziyyətlə bağlı açıqlama verib.
(UNRWA) İsrail ordusunun hücumlarını davam etdirdiyi Qəzza zolağında təhlükəsiz yer qalmadığı barədə xəbərdarlıq edib .
UNRWA-nın Qəzza üzrə Baş Kommunikasiya Məsləhətçisi Luiz Uotidc özünün X sosial media hesabındakı paylaşımında deyib: “Artıq Qəzzada təhlükəsiz yer yoxdur, insanlar sanki ölümü gözləyirlər”- deyib.
UNRWA rəsmisi vurğulayıb ki, “İsrailin humanitar zonalar adlandırdığı ərazilər cəbhə xəttinə çevrilib” və Qəzzalılar indi “cəbhə xəttindən bir neçə blok uzaqdadır”.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 480-i uşaq, 10 min 980-i qadın olmaqla 40 min 223 fələstinli ölüb, 92 min 981 nəfər yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki