Birləşmiş Millətlər Təşkilatının (BMT) Cənubi Sudanda İnsan Haqları Komissiyasının son hesabatında Cənubi Sudanın siyasi və hərbi liderlərinin zorakılıq və qeyri-sabitliyi gücləndirdiyi iddia edilib.
Elchi.az xəbər verir ki, Komissiya bu gün Cenevrədə BMT-nin İnsan Haqları Şurasına 24 səhifəlik hesabatını təqdim edib və əsas nəticələrin 10 səhifəlik xülasəsini paylaşıb.
“Müstəqillikdən keçən uzun illər və sülh üçün götürülmüş öhdəliklərə baxmayaraq, siyasi liderlərin ölkə boyu hakimiyyət uğrunda zorakılıq mübarizəsini davam etdirməsi və xalqı tərk etməsi qəbuledilməzdir”, – deyə hesabatda bildirilir.
2024-cü ildə aparılan araşdırmaların eyni insan hüquqları pozuntularının eyni bölgələrdə təkrar edildiyini ifadə edən hesabatda, “Eyni ictimai və hərbi vəzifəlilər tez-tez bu pozuntulara cəlb olunur. Münaqişə zamanı və münaqişə xaricində cinsi zorakılıq davam edərkən, yüksək vəzifəli məmurlar özbaşına edamları təsdiqləməyə, uşaqları zorla cinsi köləliyə cəlb etməyə davam edir” deyildi.
Komissiyanın 2024-cü il ərzində Cənubi Sudanda apardığı müstəqil araşdırmalara, rəsmilərlə müsahibələrə, açıq mənbələrdən alınan məlumatlara və məhkəmə-tibbi sübutlara əsaslanan hesabatda “Cənubi Sudanın siyasi və hərbi liderləri zorakılığı və qeyri-sabitliyi artırır” deyilir.
Hesabatda vurğulanıb ki, insan hüquqlarının pozulması hallarının təkrarlanması birbaşa geniş yayılmış cəzasızlıq, idarəetmədə hesabatlılığın olmaması və etibarlı institutlar qurmaq əvəzinə milli sərvətlərin başqasına yönəldilməsi ilə bağlıdır.
Şayəstə Hüseynova