Estoniya, Latviya və Litva Avropa İttifaqının (Aİ) elektrik şəbəkəsinə qoşulub.
Elchi.az xəbər verir ki, Aİ Komissiyasının sədri Ursula fon der Leyen Estoniya, Latviya və Litvanın Avropa elektrik şəbəkəsinə qoşulmasını qeyd etmək üçün Litvanın paytaxtı Vilnüsdə Baltik Sinxronizasiya Konnektorlarının açılış mərasimində çıxış edib.
“Bu gün biz Baltikyanı ölkələri kontinental Avropa elektrik şəbəkəsinə birləşdiririk” deyən fon der Leyen, Avropanın Rusiya və Belarusla qalan sonuncu elektrik əlaqələrini kəsdiklərini vurğulayıb.
Şayəstə Hüseynova