Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM), COWI Belçika, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, InvestBaku və AZPROMO-nın təşkilatçılığı ilə mayın 17-də Bakı şəhəri, Fairmont Hotelində keçirilən “Aİ-Azərbaycan Biznes Forumu”çoxsaylı qonaqlar iştirak edib. Millət vəkili Jalə Əhmədova da bu tədbirin iştirskçılarından olub. Tədbirlə bağlı Alp.az-a öz fikirlərini bildirən Jalə Əhmədova qeyd edib ki, bu biznes-forum ölkəmizin biznes mühitinin formalaşdırılmasında əhəmiyyətli rol oynayacaq.
“İtaliya-Azərbaycan Ticarət Palatasının sədri Manuela Traldinin dəvəti ilə qatıldığım biznes-forumda, Aİ və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ölkəmizdəki biznes mühiti və investisiya imkanları müzakirə olundu.
Onu da qeyd edim ki, Aİ-nin 2021-ci ildə Azərbaycanın işgüzar mühiti ilə bağlı araşdırmasına əsasən, Avropa müəssisələrinin 54 faizi Qarabağ və Şərqi Zəngəzura investisiya qoymaqda maraqlıdır. “- Jalə Əhmədova bildirib.