Avstraliyada dünyanın ən zəhərli hörümçəklərindən biri olan huni tor hörümçəklərinin “daha böyük və güclü” növü aşkar edilib.
Elchi.az xəbər verir ki, Avstraliyalı tədqiqatçılar aşkar edilən növün daha böyük ölçüdə və zəhərinin daha güclü olduğunu açıqlayıblar.
Açıqlamada hörümçəyin tünd qara rəngi və iri quruluşu ilə diqqət çəkdiyi bildirilib. Huni tor hörümçəkləri xüsusilə Avstraliyanın şərq sahillərində yayılmışdır və güclü zəhərlərinə görə ölümcül olaraq təsnif edilir. Tədqiqatçılar bu kəşfin təbii həyat və zəhərli növlər üzrə tədqiqatları daha da irəli aparacağını bildiriblər.
Nuranə Məmmədova