James Webb Kosmik Teleskopu (JWST) kainatın unikal görüntülərini təqdim etməyə davam edir. Nəhayət, protostar HH30-un heyrətamiz şəkli çəkildi. Bu obyekt ilk dəfə Hubble Kosmik Teleskopu tərəfindən müşahidə edildi, lakin JWST-nin qabaqcıl texnologiyası sayəsində HH30 görünməmiş detallarla öyrənildi.
Elchi.az xəbər verir ki, HH30 Yerdən təxminən 450 işıq ili uzaqlıqda Buğa bürcündə yerləşir. Qaranlıq LDN1551 molekulyar buludunda gizlənmiş sistemdə sıx qaz və toz diski ilə əhatə olunmuş yeni doğulmuş ulduz var.
HH30, Herbig-Haro obyekti kimi təsnif edilən parlaq dumanlıqdır. Belə dumanlıqlar yeni ulduzlardan gələn ionlaşmış qazın sürətli jetləri ətrafdakı ulduzlararası materialla toqquşduqda əmələ gəlir.
Şayəstə Hüseynova