Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Stefan de Keersmaecker deyib ki, Ukrayna prezidenti Volodimir Zelenski demokratik yolla seçilib, prezident Vladimir Putinin dövründə isə Rusiya demokratik ölkə deyil.
Elchi.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının sözçüsü gündəlik mətbuat konfransında ABŞ prezidenti Donald Trampın Zelenskini “diktator” kimi təsvir etməsi ilə bağlı sualı cavablandırıb.
Mətbuat katibi bunları bildirib:
“Prezident Zelenski legitim, azad, ədalətli və demokratik seçkidə seçildi. Ukrayna demokratik ölkədir. Putinin Rusiyası deyil. Amerika rəsmilərinin istifadə etdiyi məlumatlara gəlincə, təbii ki, mən bu məsələ ilə bağlı heç bir məlumat paylaşa bilmərəm. Siz onlardan soruşmalısınız”.
ABŞ prezidenti Tramp dünən Zelenskini Ukraynada seçki keçirmədiyinə görə tənqid edərək, “Seçki keçirməyən diktator Zelenski, tez hərəkət etsə yaxşı olar, yoxsa ölkəsini itirəcək” deyib.
Nuranə Məmmədova