Avropa Şurası Ukraynaya qarşı Cinayət Təcavüzü üzrə Xüsusi Tribunalın yaradılmasının hüquqi əsasları barədə razılığa gəlib.
Elchi.az xəbər verir ki, bu barədə BBC-nin rus xidməti məlumat yayıb.
Əgər tribunal yaradılarsa, o, Beynəlxalq Cinayət Məhkəməsindən müstəqil olacaq.
Təcavüz cinayəti beynəlxalq cinayətlərin ayrıca kateqoriyası olub, başqa dövlətə qarşı müharibə deməkdir.
Münaqişənin həm sıravi iştirakçılarının, həm də hər iki tərəfin komandirlərinin məsuliyyətə cəlb oluna biləcəyi hərbi cinayətlərdən və insanlığa qarşı cinayətlərdən fərqli olaraq, təcavüz cinayəti yalnız hücum qərarı verən ölkənin ali rəhbərliyinə aid edilə bilər.
Beləliklə, tribunalın yaradılması barədə qərar qəbul edilərsə, onun işi ilk növbədə Vladimir Putinə aid olacaq.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı Kaya Kalas deyib ki, “o, Putinin Ukraynaya hücum etmək və onun suverenliyini pozmaq qərarı ilə təcavüz cinayəti törətdiyinə şübhə etmir”. “O, bu barədə açıq danışdı”, – Kalas DW-dən sitat gətirib.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen də Rusiyanın hərəkətlərinin beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu vurğulayıb. “Rusiya BMT Nizamnaməsini pozaraq Ukrayna sərhədlərinə tank sürmək qərarına gələndə ən ağır cinayətlərdən birini – təcavüz cinayətini törətdi. İndi ədalət olacaq”.
Yeganə