Avropa İttifaqı Ukraynaya təxminən 20 milyard avro dəyərində hərbi yardım paketi hazırlayır.
Elchi.az xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən “Bloomberg” məlumat yayıb.
Məqalədə deyildiyi kimi, ABŞ prezidenti Donald Trampın münaqişənin sülh yolu ilə həllini tez bir zamanda təşkil etmək istəyi fonunda Aİ Kiyevə dəstək vermək istəyir .
Bundan əlavə, paketə artilleriya sursatları, hava hücumundan müdafiə sistemləri, yüksək dəqiqlikli zərbə raketləri, pilotsuz uçuş aparatları və digər silahların da daxil olacağı dəqiqləşib. Təşəbbüs həm də Ukrayna hərbi briqadalarına dəstək məqsədi daşıyacaq.
Daha əvvəl məlum olmuşdu ki, Macarıstan Avropa İttifaqına üzv ölkələrin Ukraynaya yeni yardım paketi ayırmaq fikrinə mane olmaq niyyətindədir . Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijarto deyib.
Nuranə Məmmədova