image-thumbs-b-c-a2600fd1918382629233cce0288352a7-1backend

ABŞ-dan deportasiya edilən venesuelalılar vətənə qayıdırlar

ABŞ tərəfindən hava yolu ilə deportasiya edilən 177 Venesuelalı qeyri-qanuni miqrant ölkələrinə çatıb.
Elchi.az xəbər verir ki, ABŞ-dan deportasiya edilən 177 Venesuelalı qeyri-qanuni miqrant ölkələrinə gəlib.
Venesuelanın Conviasa aviaşirkətinə məxsus təyyarə Hondurasdan havaya qalxaraq 177 miqrantı paytaxt Karakasın Simon Bolivar Beynəlxalq Hava Limanına gətirib.
Deportasiya edilmiş venesuelalıları hava limanında qarşılayan daxili işlər naziri Diosdado Kabello bildirib ki, miqrantların ABŞ-ın iddia etdiyi kimi “Tren de Aragua” adlı cinayət təşkilatı ilə heç bir əlaqəsi yoxdur .
Kabello deportasiya edilənlərin ABŞ administrasiyası ilə bağlanmış razılaşma çərçivəsində göndərildiyini vurğulayaraq, venesuelalıların ölkələrinə qayıtmasından xoşbəxt olduğunu dilə gətirib.
ABŞ tərəfindən fevralın 11-də hava yolu ilə deportasiya edilən son 190 Venesuelalı qeyri-qanuni miqrant öz ölkələrinə çatıb.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki