Aİ həmçinin Dəməşq administrasiyasını Suriya üzrə 9-cu Brüssel Donor Konfransına dəvət edib. 2017-ci ildən hər il keçirilən konfrans bu il martın 17-də keçiriləcək və ilk dəfə olaraq Suriya hökuməti də iştirak edəcək.
Elchi.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Anitta Hipper, martın 17-də Brüsseldə keçiriləcək Suriya üzrə 9-cu Brüssel Donorlar Konfransı üçün Suriyanın yeni administrasiyasına dəvət göndərildiyini təsdiqləyib.
Hipper martın 6-da Latakiyada baş verən hadisələrdən sonra Aİ-nin Suriya hökumətinə yanaşmasının dəyişib-dəyişmədiyi və martın 17-də keçiriləcək 9-cu Brüssel Donorlar Konfransına Suriya hökumətinin dəvətində dəyişiklik olub-olmaması ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
“Biz hamımız Suriyanın sabitliyində maraqlıyıq. Bu istiqamətdə işin aparılması vacibdir və bu, yalnız inklüziv keçidlə baş verə bilər. Gələn bazar ertəsi Suriya konfransı yerlərdə vəziyyətlə bağlı səlahiyyətlilərlə mübadiləni davam etdirmək və Aİ-nin ən yaxşı şəkildə necə dəstəkləyə biləcəyini anlamaq üçün çox vacib fürsət olacaq”, – Hipper deyib.
Suriya hökuməti adından xarici işlər naziri Əsəd Həsən Şeybaniyə dəvət göndərilib-göndərilmədiyi ilə bağlı suala Hipper “Bəli, dəvət göndərilib” deyə cavab verib.
AB mənbələrindən əldə edilən ilkin məlumata görə, konfrans üçün Suriya lideri Əhməd Şara da dəvət göndərilib.
AB Şurasının sədri Antonio Kosta, keçən həftə Misirin paytaxtı Qahirədə keçirilən Ərəb Liqasının Qəzza Zirvəsi çərçivəsində Şaraa ilə görüşdü və sosial media hesabında Brüsseldə keçiriləcək konfransda yeni rəhbərliklə görüşməyi səbirsizliklə gözlədiyini bildirdi.
Aİ 2017-ci ildən bəri Brüsseldə Suriyaya dəstək mövzusunda donor konfransı keçirir.
Aİ və onun üzv dövlətləri Suriya və regiondakı icmalara qrantlar və kreditlər ayırır.
Suriya hökumətinin də iştirak edəcəyi builki “Suriyanın yanında dayanaq: Uğurlu keçid üçün ehtiyacların qarşılanması” adlı konfrans öz növbəsində ilk olacaq.
Nuranə Məmmədova