ABŞ prezidenti Donald Tramp Meksika körfəzi üzərindən uçarkən fevralın 9-nu “Körfəz Sahilləri Günü” elan edib.
Elchi.az xəbər verir ki, Tramp Meksika körfəzi üzərində Hərbi Hava Qüvvələri 1-də olarkən 9 fevralı “Amerika Körfəzi Günü” elan edən bəyannamə imzalayıb.
Ağ Evin məlumatına görə, Tramp dövlət rəsmilərini və bütün ABŞ xalqını bu günü müvafiq proqramlar, mərasimlər və fəaliyyətlərlə qeyd etməyə çağırıb.
Şayəstə Hüseynova