image-1736674140818035_d5x5axr9backend

Zelenski Ukraynanın Rusiya ilə danışıqlara qatılmasını tələb edib

Vladimir Zelenski deyib ki, Ukrayna özü ABŞ və Rusiya arasında Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda iştirak etməlidir.
Elchi.az xəbər verir ki, bu barədə “The Independent” nəşri yazır.
Nəşrin yazdığına görə, Zelenski ABŞ-ın Ukrayna tərəfinin iştirakı olmadan Rusiya ilə danışıqlar apara biləcəyindən ehtiyat edir. Bu səbəbdən o, Ağ Evi danışıqlar prosesinə Kiyevsiz girməməyə çağırıb.
Bununla belə, o, həmçinin əlavə edib ki, hazırda Ukrayna münaqişəsi ilə bağlı hər hansı potensial sazişin şərtləri hətta ABŞ prezidenti Donald Tramp üçün də aydın deyil. Zelenskinin sözlərinə görə, bu, “Vladimir Putinin münaqişənin dayandırılmasında maraqlı olmaması” ilə bağlıdır.
Bundan əvvəl Zelenski Polşaya səfər edib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki