image-20backend

Zelenski: “Krımı qaytarmaq olar, amma…”

Ukrayna heç bir işğal olunmuş ərazini, xüsusən 2014-cü ildən bəri ələ keçirdiyi əraziləri Rusiya kimi tanımır və sülh sazişi ilə Krımı verməyə hazır deyil. Krım diplomatik kanallar vasitəsilə əhəmiyyətli insan itkisi olmadan geri qaytarıla bilər.

Elchi.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Fox News” telekanalına müsahibəsində deyib.

Jurnalistin Zelenski hər hansı atəşkəs və ya sülh sazişinə əsasən Ukrayna ərazisinin bir hissəsinin Rusiyanın əlində qala biləcəyi ilə razılaşırmı sualına o, belə cavab verib: “Biz qanuni olaraq Ukraynanın heç bir işğal olunmuş ərazisini Rusiya kimi tanıya bilmərik.

Söhbət Putinin irimiqyaslı işğaldan əvvəl, 2014-cü ildən bəri işğal etdiyi ərazilərdən gedir. Hüquqi baxımdan biz bunu tanımırıq, qəbul etmirik”.

Jurnalist Krımla bağlı belə səslənən sual da verib: “Vladimir Putin çox açıq şəkildə bəyan edib ki, Krım heç vaxt Ukraynaya qayıtmayacaq. Bu müharibəyə son qoyacaq və Avropada axan qanı dayandıracaq sülh sazişi üçün Krımdan imtina etməyə hazırsınızmı?.

Zelenski cavab verdi: “Mən artıq demişəm ki, biz Krımı diplomatik yolla qaytarmağa hazırıq. Biz on minlərlə insanımızı Krımın qaytarılması üçün ölməyə sərf edə bilmərik… Biz anlayırıq ki, Krımı qaytarmaq olar”.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki