Ukrayna prezidenti Volodimir Zelenski “CBS News” telekanalına müsahibəsində deyib ki, Ukraynadakı müharibə III Dünya Müharibəsinə qədər uzana bilər.
Elchi.az bu barədə “Reuters”ə istiandən xəbər verir.
“Əgər biz qətiyyət nümayiş etdirməsək, o (Putin) irəliyə gedəcək. Bu, təkcə spekulyasiya deyil, real təhlükədir. Putinin əsas məqsədi Rusiya İmperiyasını dirçəltmək və hazırda NATO-nun himayəsində olan əraziləri geri almaqdır. Bütün bunları nəzərə alaraq, mən hesab edirəm ki, vəziyyət dünya müharibəsinə çevrilə bilər”, – deyə Zelenski qeyd edib.
Ukrayna prezidenti vurğulayıb ki, dünyada heç kim üçün təhlükəsiz yer olmayacaq.
Yeganə