image-roma-surlari-2351260_1backend

İngilis turist İspaniyada tarixi Roma su kəmərindən yıxılaraq ölüb

63 yaşlı britaniyalı turist İspaniyanın Seqoviya şəhərindəki tarixi Roma su kəmərini ziyarət edərkən baxış platformasından yıxılaraq ölüb. Hadisə şənbə günü yerli vaxtla saat 13 radələrində baş verib.
Elchi.az xəbər verir ki, Kastilya və Leon vilayət hökumətindən verilən açıqlamaya görə, təcili yardım xidmətləri qısa müddətdə hadisə yerinə gəlib, lakin bütün müdaxilələrə baxmayaraq, kişinin həyatını xilas etmək mümkün olmayıb və hadisə yerində həyatını itirdiyi bildirilib.
Bəyanat İngiltərədən gəlib
İngiltərənin Xarici İşlər, Birlik və İnkişaf Ofisi bazar ertəsi İspaniyada bir Britaniya vətəndaşının öldüyünü təsdiqləyib.
“Biz İspaniyada həyatını itirən Britaniya vətəndaşının ailəsinə dəstək veririk və yerli hakimiyyət orqanları ilə əlaqə saxlayırıq”, – deyə məlumatda bildirilir.
Hadisə ilə bağlı Seqoviya bələdiyyəsindən hələlik rəsmi açıqlama verilməyib.
Tarixi bina hələ də istifadə olunur
Seqoviya paytaxt Madriddən təxminən 65 kilometr şimal-qərbdə yerləşir. Şəhər Roma dövrünə aid olan və hələ də su daşımağa xidmət edən su kəməri ilə tanınır.
Roma İmperatoru Trayanın hakimiyyəti dövründə, eramızdan əvvəl 98-117-ci illər arasında tikilmiş quruluş Frio çayından Seqoviyaya su aparır.
Su kəmərinin mərkəzi hissəsində üst-üstə iki layda yerləşən tağlar yerdən 28,5 metr hündürlüyə çatır.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki