image-zakharovabackend

Zaxarova: Yaponiyanın ərazi problemini ancaq sərhədi tanımaqla həll etmək olar

Yaponiyanın ərazi probleminin həlli yalnız Rusiya ilə mövcud sərhədlərin beynəlxalq hüquqi tanınması ola bilər.
Elchi.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yaponiyanın baş naziri Şiqeru İsisbanın sözlərinə belə cavab verib.
“Biz ondan çıxış edirik ki, Yaponiyanın baş nazirinin qeyd etdiyi “ərazi probleminin həlli” yalnız ölkəmizlə faktiki mövcud sərhədin beynəlxalq hüquqi rəsmiləşdirilməsi demək ola bilər”, – diplomat vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Moskva Yaponiya tərəfi Rusiyaya qarşı düşmənçilik kursundan əl çəkmədən Tokio ilə tam dialoqun mümkünsüzlüyünü dəfələrlə qeyd edib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki